Mavi işıq(BLUEBEAM)

NASA Blue Beam

“Mavi İşıq Layihəsi” (Blue Beam), İblisin (Anti-christ) tək dünya dövləti olan New World Orderin kralı olması üçün NASA-nın həyata keçirməyə çalışdığı proqramın adıdır.Bu layihənin məqsədi, dini mənbələrdə danışılan və gözlənilən Məsih, Mehdi kimi dini xadimlərin çıxış əlamətlərini yeni texnologiyalar sayəsində həyata keçirmək, bu istəkdə olan inanclı insanları aldatmaq və bütün dünyanı. Öz mənafeylərinə, rol verdikləri şəxslərə itaət ettirməktir.

 

 Dəccal, İslama görə axır zamanda, İsa Məsihin 2-ci dəfə yer üzünə gəlməsindən əvvəl bəşəriyyətin dini inanclarını istifadə edib azdıraraq pisliyə və azğınlığa edəcəyinə inanılan Şeytanı təmsil edən insandır. Alnının ortasında, yalnız Müsəlmanların görəcəyi “Kafir” yazısı var. Özünü peyğəmbər kimi tanıdacaq və Dünyaya fitnə-fəsad yayacaq nəfərdir. Onun ölümü, (İsanın yenidən gələcəyinə inananlara görə) yalnız İsa Məsih tərəfindən olacaqdır. Dəccal, qiyamətin 6-ci əlamətidir.

 

 Dəccal, axır zamanda ortaya çıxacaq olan mənfi qüvvənin adıdır. Ümumiyyətlə, bir şəxsiyyət kimi təsvir edilsə də, bir insan ola biləcəyi kimi, zorakılığa və vəhşiliyə meylli, şeytani xüsusiyyətlərə sahib bir ideologiya də ola bilər. Dəccaliyyət, bu baxımdan müzakirə olunacaq və bütün dünyaya təsir edən azğın bir fikir axını olduğu göstəriləcəkdir. Bu fikir cərəyanı, sanki kütlələrə sehr kimi təsir edir. Bütün axmaqlığına və səhvinə baxmayaraq, ardıcılları olan, hətta öz içində məzhəbləri olan bir cərəyandır. “Mavi İşıq Layihəsi” isə İlluminati təşkilatının Dəccal üçün hazırladığı layihədir. Dəccala zəmin hazırlayaraq, İblis ilə “Yeni Dünya Düzəni” qurmaq istəyirlər.

 

 Mavi işıq lahiyəsinin necə tətbiq olunacağı barədə qəti bir dəlil olmasa da, bir çox nəzəriyyə mövcuddur. Bunların ən həqiqətə yaxını isə budur;

 

 Bütün dünyadan görünəcək bir holoqram ilə o cəmiyyətin dini inancına uyğun fiqurlar ilə o cəmiyyətin dili ilə o cəmiyyətə müraciət edəcəklər. Bunun üçün peykləri və cəsus təyyarələri istifadə edəcəklər. Aşağı tezlikli səs dalğaları ilə beyinlərə təsir etməyə çalışacaqlar və buna aldanan insanların sayı azda olmayacaq.

 

 Mavi\ “İşıq Layihəsi”, NASA tərəfindən istifadə edilir və yaxın bir zamanda ifşa edilmişdir. Bəzi NASA əməkdaşları tərəfindən mətbuata sızdırılan bu layihə, “Kəbəyə Enən Ağ Mələk” və “11 Sentyabr Hadisələri” kimi media hadisələrdə istifadə edilmişdir. “Mavi İşıq”, göy üzündə hologramik şəkillərdə yaradılaraq, insanları aldadan bir layihədir. Amerika Birləşmiş Ştatında yerləşən və girilməsi qadağan olan “AREA 51/51. Region” zonasında görülən UFO bənzəri cisimlər də “Mavi İşıq Layihəsi” təcrübələrindən olduğu düşünülür.

 

 Bu Layihə, yeni  dövr inancını oturtmaq üçün dörd fərqli pillədən ibarətdir. “Mavi İşıq Projesinin\” mərhələləri aşağıdakılardır:

1-ci Mərhələ: İnsanlara zəlzələlərlə arxeoloji yeni tapıntıların əldə edildiyi deyərək “din” və “tarix” üzərində manipulyasiyalar etmək.

 

 Dünyanın bir çox strateji həssas bölgələrində süni olaraq yaradılan zəlzələlər nəticəsində çıxacaq saxta və ya həqiqi arxeoloji kəşflər inancların və dinlərin səhv olduğunu və yanlış anlaşıldığını iddia etmək olacaq.

Bunu illuminati kartlarından da görmək olar.Qeyd edim ki,bu kartlar 1994-cü ildə oyuncaq şirkəti tərəfindən yayıblanıb.(kartlar haqqında digər yazımızda)

 2-ci Mərhələ: İşıq və lazer köməyi ilə (Həzrət İsa kimi) holoqrafik dini fiqurlarla insanların aldadılması (inanc manipulyasiya).

 

  SAXTA MƏSİH yəni Quranda adı keçən dəccal, peyklərdən və yerdən edilən 3 ölçülü lazer proyeksiyalarla göydən enirmiş kimi göstərilərək dünyanın dörd bir yanından canlı yayınla səs dalğası ilə hər bir dildə tərcümə edilərək beyinlərə təsir göstərmək.Qeyd edim ki,2012-ci ildə İngilis alimləri “audio spotlight” texnologiyası yaradırlar.Bu cihazın təcrübəsi hava limanında sınaqdan keçmişdir.Beləki,bu cihaz vasitəsilə şəxsə çağırış edilən zamanı zalda yalnız çağırılan şəxs təhlükəsizlik otağına getmişdir.Yəni bir şəxsə xitab edilərkən,yalnız həmin adam bunu eşidir.

 

 3-cüMərhələ: ELF, VLF, LF dalğaları elektron telepatiya vasitəsi ilə insanların beyninə sızılıb beyinlərinə həqiqəti və saxta düşüncəni ayırd etməyən iç-içə süni fikirlər yaradılaraq tanrının özü olduğuna inadırılmağa çalışdırılacaq.
 4-ci Mərhələ: “UFO fenomeni” yalanı üzərindən dünya dövlətlərinin gücünü Birləşmiş Millətlər Təşkilatına təhvil verməyə məcbur edilməsi və bütün dünyada “fövqəladə hal” elan edilərək Dəccalın insan bədənində bu dünyanın başına keçirilməsi

 

 Böyük yalan ərəfəsində elektromaqnit sahəsindən istifadə edərək fövqəltəbii varlıqlar yaradaraq dünyanın hər yerinə şeytanı varlıqlar və demonik məxluqların sızdığına inandırmağa çalışılır.elektrik və telefon xətləri üzərindən səyahət edə bilən şeytanı illüziyalar çıxarılacaq.

 

 Mavi\ “İşıq Projesində\” prinsip olaraq göy bir kino ekranı olaraq istifadə ediləcək və kosmik bazalı peyklər sayəsində dünyanın hər küncünə eyni vaxtda, hər dildə və dialektdə nəşr ediləcək. Kompüterlər, bütün şou peyklərdəki yüklü verilişlər sayəsində koordinasiya edəcək. Holoqrafik görüntülər, demək olar ki, eyni ELF, VLF və LF beyin siqnallarına bağlı olaraq vizual və səsli olacaq, eyni zamanda da sanki bir optik fenomenmiş hissi oyadacaq. Xüsusilə, hər bir ölkəyə öz mədəniyyətinə və inancına bağlı olan görüntülər və akustik siqnallar veriləcək. Dünyanın heç bir guşəsinə,hər metrəsinə yayılacaq. Sanki kosmosun dərinliklərindən gəlirmiş verilən görüntü və səslər, bir çox Məsih (Hz.İsa) gözləyən din qrupları və təriqətləri çox təsir edəcək və sanki gözlədikləri Məsih ən sonunda gəlirmiş bir fikir yaradılacaq.

Ardı var..

Zaman İlluziyası

Zaman hər yerdə eynidirmi?

Hazırda dünya saatına görə Amerikada saat neçədir, Yaponiyada saat neçədir tapa bilərsiz. Bəs Andromeda qalaksikasında bir ulduzda saat neçədir? Orada bizim bildiyimiz mənada keçər günlər, saatlar, zaman?

Soyuq bir planetdə təkamülləşmiş bir canlı növünün metabolizması da yavaş olacaq. Uzaq planetlərə də getməyə ehtiyac yoxdur əslində. Okean dərinliklərində əsrlərlə yaşayan qeyri-adi canlılar var. Bu canlılar o qədər ləng hərəkət edirlər ki baxılanda dayandığını güman edərsən. Amma onun üçün zaman bu şəkildə irəliləyir. Bəlkə də onun qol saatı bizimkindən min qat daha yavaş işləyir. Qol saatı xarab olduğu üçün deyil, metabolizması zaman hissini bu şəkildə yaratdığı üçündür.

Bəs vaxtın tez, ya da yavaş keçdiyini nəyə görə deyirik? Baş verən hadisələrə görə. Unudulmamalıdır ki zaman maddədən ayrı düşünülə bilməz. Daha doğrusu, zaman hərəkətlə birlikdədir. Nə qədər çox hərəkət, hadisə, yer dəyişdirmə olsa qəbul edilən zamanda o qədər dəyişmə olar. Bütün günü heç bir şey etmədən durmaqla bütün gün gəzmək arasında əyani bir zaman hissi fərqi var. Halbuki iki gündə də 24 saat keçmişdir. Yəni psixoloji bir təsiri də var zaman hissinin amma mən daha çox fiziki illüziyadan bəhs edəcəyəm.

Bizlər günəş sistemində sabit sürətlə dönürüük dünyalılar olaraq. Bunun birlikdə günəş sistemimiz də kompleks olaraq süd yolu qalaktikasının içində böyük bir sürətlə hərəkət edir. Bu sürətlərdə hərəkət edərkən bizim qəbul etdiyimiz zamanın sürəti yaranır. Əgər günəş sistemimizin sürəti ləngisə, bizim sürətimiz yavaşıyır, hətta dayanarsa, artıq gecə gündüz anlayışından tutmuş, zamanın sahəsilə bağlı hesablar tamamilə alt-üst olacaqdır. Bir təsəvvür edin ki, hər zaman qaranlıq, günəş doğmur, ya da üfüqdə sabit durur. Ən kiçik bir ölkə dəyişikliyində belə jetlag yaşayan bəşəriyyət belə bir təsir altında zaman anlayışını tamamilə itirəcək.

Sizə zamanın azalır deyirlər. Ya da vaxtını boşa xərcləmə, zaman dəyərlidi deyirlər. Həqiqətən,belə olduğunu sorğulamaq lazımdır.Sual verin-Zamanım boşaa gedirmi? Vaxtı kim qoydu ki, pul kimi onu da satmağa çalışırlar? Zaman anlayışını kim yaratdı? Vaxtın tükəndiyini kim deyib? Bəli, zaman da alınıb satıla biləcək haa gəldi gregorian təqviminin kəşfindən sonra. Bu an hiss etdiyiniz, təsvir etdiyiniz zaman sizə verilmiş süni bir zamandır. Hazırda 50 yaş bu sizə yaşlanmısınız düşünməyiniz üçün uydurulmuş bir zamandır. Əgər mən 1 ilin 10 illə üst-üstə düşdüyü yeni bir təqvim etsəm, siz 50 deyil 5 yaşında olacaqsınız. Yəni rəqəmlərin, vaxtı bölmənin bir mənası yoxdu. Zaman tükənən bir şey deyil.

Vaxtı düzgün qavramaq üçün öncə bu zamandan, bölünmüş kommersiya vaxtdan ayrılmağımız lazımdır. Sonra dünəni, bu günü və sabahı eyni anda cəhd edək.

Qədəri dəyişmək

Suyun içində bir balıq olsaydınız və bir isti su axıntısına başınız qarışsaydı və axıntının sizi okeanın dibində sürüdüyünü hiss etsəydiniz, özünüzü axıntıya buraxardız yoxsa axıntının qaynağına doğru tərsinə  üzməyə çalışardız?.

Bu yazımızda qədər üzərinə sorğulamalarımıza və yeni baxış açılarına doğru qucaq ataraq bu sualla başlayırıq. Şübhəsiz bu suala cavabımız ən azından bu yazı boyunca axıntının tərsinə, qaynağa doğru üzmək olacaq. Yolun sonuna deyil, yolun zövqünə çatmağa çalışırıq yalnız …

Şəxsi olaraq ən böyük üstünlüklərimizdən biridir bu əsasən. Həyatı axışına buraxmaləyam yoxsa istədiyim şeyləri yaşamaq, ?… Təbii qədər deyə bir şey varsa ya da istədiyimiz şeyləri həqiqətən BİZ istəyiriksə …. Həqiqətən çox qarşaqarışıqdı hər şey gördüyünüz kimi. Bu sorğulamalar bizi o qorxunc təməl sualı yada salır: “Azad iradə var? …”  bu açar suala girməyib daha fərqli bir dünyagörüşü təqdim edəcəyəm.

Müzakirələrim də  çox gözəl insanlarla xüsusi danışmalar olur və hələ də  davam edir bu gözəl fikir alış-verişi. bir-birindən xəbərsiz fərqli insanla etdiyim danışıqlar nəticəsində vardığım / vardığımız ortaq bir nöqtəsi var bu mövzu üzərinə. Ehtimalla onlar da bir-birindən xəbərsiz eyni mövzuları araşdırğımız insanlar olacaq. İşin maraqlı yanı isə bu eyni mövzunu yəni insan həyatı necə yaşamalı mövzusunu ümumiyyətlə özlərinin açmış olması idi. Yəni hər kəs eyni anda xəbərsizcə tək bir mövzuya yönəldilməsindən olaraq kainatın öz sualını öz-özünə cavablamasına bənzəyir.  Uzatmıyım sual bu idi:

İnsan öz həyatını nizamlamalıdır?, istəklərini reallaşdırmaq üçün həyatı məcbur etməlidir yoxsa özünü yaxşı ya da pis axışa saxlamalıdır?

Qısacası insan öz taleyini özü yazmalı yoxsa özünü qədərin əllərinə buraxmalıdır?

Çox dərin bir sualdır, bəli, çünki həyatı necə yaşamamız lazım olduğuna dair ən əsas sualdı bu. Bir tanışdan belə bir cavab gəldi: “Biz onsuz da ürəyimizin istədiyi şeyləri edirik ,amma bəzi şeyləri ürəyimiz istəsə də edə bilmirik. Xarakterimiz əl vermir. O halda azad iradə yoxdur və sərhədlərimiz onsuz da təyin olunmuşdur … O zaman özümüzü qədərə buraxıb ürəyimiz nə istəsə onu edə bilərik …

Burada incə bir nüans var. Deyək ki bir işə girməyi çox istəyirsiniz. Bunun üçün sertifikatlar alırsınız, bu sahədə özünüzü inkişaf etdirir və çalışırsınız. Qədərçilik anlayışına görə qədərinizdən o işə girmək yoxsa nə etsəniz edin, o işdə dünyanın bir nömrəli adı belə olsanız o işə girə bilməzsiniz. Qədəri tamamilə heçə sayan anlayışda isə o işə girmək tamamilə sizin əlinizdədir. Əgər girə bilmədinizsə kifayət qədər əziyət çəkməmisiniz, kifayət qədər istəməmisiz deməkdir. Bəhs etdiyimiz anlayışda isə o işə girib girməmək sizin bu həyatdan əldə edəcəyiniz təcrübələr istiqamətində bir plan daxilində ola bilər …. Bəli incə nünas da budur, “ola bilər” sözü …. Eynilə atomun kvant  quruluşu kimi …. Həm var, həm yox …. Ola bilər də, olmaya bilər də … Kvant  ehtimallar kainatıdır.  Bəzən istədiyiniz şeylər üçün heç bir səy göstərməyinizə baxmayaraq ayağınıza gəldiyi olur … Bəzən də çox əziyət çəkdiyinizə baxmayaraq o iş reallaşmaya bilər. Bunun səbəbi bu anlayışda ehtimal kainatındakı sizin mövzumuzla əlaqədardır. Özünüzü tamamilə axışa buraxa bilər və acı şirin təcrübələr yaşayaraq öyrənməniz lazım olan şeyləri öyrənib bu dünyadan gedə bilərsiz. Digər tərəfdən istəyə bağlı  olaraq yaşayacağınız təcrübələri seçmə haqqınız var ola bilər. Mən acı yaşamağa istəyirəm. Bunu acı bibər yeyərək də yoxlaya bilərəm,  acı sous yeyərək də. Form fərqli olsa da öz eyni ola bilər.

Kasıb insanlar da zəngin insanlar da böyük ağrılar və böyük xoşbəxtliklər yaşayır … Siz kasıb bir ailədə doğulmuş ola bilərsiniz lakin yoxsulluğun verdiyi maddi ağrıların yerinə sonradan zənginləşərək zənginlik içində yaşayarkən yaşanan maddi çətinlikləri yoxlaya bilərsiz. Mütləq ağrını yaşamağ lazımdır deyə soruşa bilərsniz, bu nöqtədə sonra  sonrakı levele geçdiyinizi düşünürəm şəxsi olaraq.

Bir anektod var, çox xoşlayıram: Bir adam bir müdrikin kürəyinə dayandığı yerdə vurub qaçar. Bunu bir neçə gün üst -üstə edər. müdrikin şagirdi müdrikdən soruşar, niyə ona mane olmursuz, bir şey demirsiz? Müdrik cavab verir: Mənim problemim deyil …

Həyatdakı ağrılar və xoşbəxtliklər da belə olmalıdır … Yaşadığımız təcrübələr çox da bizim problemimiz deyil … Yaxşı əsl mən kimdir?  bu sual həyatın ən böyük sirrlərindən biridir və şəxsi axtarışım da bu istiqamətdədir. Düşünürəm ki,xoşbəxt olmaq, ya həyatın acılarından qorxmaq kimi şeyləri düşünmədən yaşaya bilsək, özü özlüyündə xoşbəxt olmaq deməkdir. Artıq axıntının tərsinə üzmüş və onsuz da dönüb gəzib gedəcəyimiz axıntının qaynağına qısa yoldan çatmış olacağıq.Bir müddət sonra yaxın bir zamanda başınıza çox pis bir şey gələcəyini bilərsiz, bəlkə yoldaşınız ananız atanız bilməməsi lazım olan bir şeyi öyrənəcək və həyatınız kökdən dəyişəcək. Durmadan bunun stressi ilə yaşayırsınız. Yaxşı  bilsə belə bu vecinizə olmayacaq şəkildə baxış bucağınızı dəyişdirə və başınızda qurduğunuz fəlakət ssenariləri reallaşsa belə bunun sizin üçün çox da əhəmiyyətli ola bilməyəcəyini özünüzə inandıra bilsəydiz,  düşəcəyiniz pis vəziyətdə özünüzü bir növ soyuqqanlı (sanki əvvəldən belə olacağını bilirmiş kimi) davransaz həyatı yaşamaq zülmdən çıxıb, xoşbəxtliyə dönər ,

Yuxarıdakı suallara sizin də cavablarınızı gözləyirik … Kim bilir bəlkə yeni cavablar deyil, bizi daha da irəli daşıyacaq yeni suallar kəşf edərsiz. Yalnız cavablarınızı deyil suallarınızı da yazmaqdan çəkinməyin.

“Keçmiş”

Bir otaq var . Kiçik bir uşaq əlində şamla o otağa girir .
Otaqdakı adam şamı nəzərdə tutaraq soruşur ;
De mənə haradan gəlir bu işıq ?
Və uşaq şama üfləyib cavab verir ;
Sən mənə işığın hara getdiyin desən, mən də sənə haradan gəldiyini deyərəm.

Bir zamanlar uşaq idik …

Bir zamanlar maraqlı gözlərlə ətrafına baxan bir körpəydik.

Hətta bir zamanlar yox idik…

Yox olduğunuz zamanları düşünmək necə bir duyğudur? Bunu həqiqətən düşünüb yoxluğunuzu hiss edə bilərsiz? Bədəniniz yox, hərəkətləriniz yox, düşüncələriniz yoxdur. Siz yoxkən ana atanız nələr edirdi? Siz yoxkən qardaşınız kiminlə oynayırdı? Siz yoxkən dünyada nələr olurdu? …

Sizi meydana gətirən o ilk iki hüceyrə haradan gəldilər siz yoxkən? Sperma hüceyrəsi özünü meydana gətirərkən enerjisini hansı qidanı yandıraraq aldı? Yumurta hüceyrəsi hansı yollardan keçdi? … Bir zamanlar siz olan o hüceyrələr. Keçmişdə nə idi? …

Yoxluğu düşünmək zehnin sərhədlərində gəzmək deməkdir. Zehində yaratdığı təsir maraqlıdır ki sonsuzluğu düşünməklə eynidir. Bütün bu ağılı başından alan anlayışlara zamansızlığı da əlavə edə bilərik eyni kateqoriyadan. Çünki yoxluğumuzu düşünəmədiyimiz kimi vaxtsız bir anımızı da düşünə bilmərik.

Bəzən də unuduruq. Bir şeyləri, bəzilərini. Unutduğunu xatırlayınca fərqinə varar insan. Bu an kim bilir nə qədər çox unutduğunuz bir şey var. Fərqində deyilsiniz. Xatırlamanız lazım anlayacaqsınız unuttuğunuzu və belə deyəcəksiniz: “Ağlımdan uçub gedibmiş, işə bax sən.” Haradadır o unutduğunuz məlumatlar bu an? Unutmusunuzsa hələ də varlar? İlk uşaqlıq sevginizlə əl ələ tutuşmanızın xatirəsi bu an zehnindədis həqiqətən var mı? Varsa mən də görə bilərəmmi? Görə bilməyəcəksəmsə yalnız mənə deyəcək qədər sözdən ibarət deyilmi keçmiş? Amma ordadı zehninizdə, sevdiyinizin əlini ilk tutuşunuz zehininizdə, gözlərinizi bağladığınızda görə bilirsiniz bir az qaranlıq da olsa. Mən də görə bilərəm? … Yaxşı ölən insanların xatirələri haradadır bu an? Rəhmətlik babanızın uşaqlığında evdə tək başına, kimsə görmədən etdiyi, kimsəyə də söyləmədiyi bir dəcəllik həqiqətən oldumu? Harada indi o anı? Kimsə bilmirdi, babnız da torpaq oldu …

Hər şeyin enerjinin müxtəlif formaları olduğu artıq danılmaz bir reallıqdır. Biz insanoğlu suyun içərisindəki buz kütləsi kimiyik. Su da buz da eyni maddədəndir, yalnız şəkilləri dəyişikdir. Qatı bir atomdan səyyal (elektrik digər adı) dediyimiz enerji çıxıb evlərimizə elektrik olaraq gəlib evimizi işıqlandırırss (nüvə enerji) o zaman heç bir şey də yox olmur, forma dəyişdirir. Babamızın uşaqlıq sirri bu an havada,  su oldu okeana düşdü.

varlıq yox olmur, forma dəyişdirir, forma dəyişdirdib bu hala gəldik? .. Deyirlər ki heç bir şey yox olmaz, heç bir şey də yoxdan var olmaz. Sonsuz bir dövr və çevrilmənin içində olma fikri həm xaotik həm də çox bədiidir. Bu dövr içərisində keçmiş ya xatırladığımız ya da unutduğumuz bir şey olaraq arxamızda dayanır. Xatırlaya bildiklərimiz zehinimizdə, biz ölüncə “yox” olan, unutduğlarımız isə biz daha həyatdaykən “yox” oaln şeylər (əslində yox olmurlar orası ayrı mövzu). Bu baxımdan keçmişi xatırladığımız +  xatırlamadığımız olaraq analiz edə bilərik. Yaxşı biz yoxkən əgər əslində yox deyil də başqa bir formada isə o zamanki keçmişimiz yəni bizdən əvvəlki keçmişimiz də əslində unudulan bir şey olmur ?

Zamanın özü deyil də daha çox qəbulu üzərinə yazdığım bu yazı sonrası sizləri keçmişinizdən düşünməyə dəvət edirəm. Çünki bu yazı davamı ilə birlikdə keçmiş deyə bir şey olmadığına dair ağılın sərhədlərini məcbur edəcək bir səfərə çıxacağıq. Bu məzmunda bilərək etdiyiniz və bilmədən etdiyiniz şeyləri də düşünün, çünki bir sonrakı yazımız bununla əlaqədar olacaq. Keçmişdə bir şey etdiniz amma niyə etdiyinizi bilmirsiniz …?

Saf dinclik..

Çox şey istəmirik əslində …

Güc dəlisi siyasətçilərin əksinə yalnız dinclik istəyirik. Xoşbəxt olmaq da deyil əslində istədiyimiz. Yalnız əzələlərimizi gərgin olmaması, stressli olmamaq, dinc olmaq … Amma ola bilmirik, çünki çox şey bilirik, çünki qadağan almadan yedik bir dəfə …

Sizlərə dincliyin ən saf halını izah etməyə çalışacağam. Saf dincliyi, yəni heçliyi. Dünyaya gəldiyimiz andan etibarən 5 duyğu organımızla zehnimizə bir məlumat bombardmanı gəlməyə başladı. Daha çox bildikcə daha çox sorğulamaya başladıq. Körpəykən əşyaları tanıya bilmək üçün ağzımıza qoyduq. Uşaqkən hadisələrin arxa üzünü də bilə bilmək üçün davamlı “Niyə?” Sualını soruşduq valideynlərimizdən. Elə sehrli bir söz idi ki, bu sözü əbədi soruşa bilərdik bizə hər səfərində cavab verilsə belə. Böyüdükcə bildiklərimiz yalnız daha çox sual və problem yaratdı. Bəzi insanlar bildikləri üzündən öldürüldü, bəziləri da bildiklərini istinad alaraq öldürdü. Bu gün gəldiyimiz son nöqtədə isə dünyanın bu vəziyyəti, tarixi; yalnız insanoğlunun axmaqlığı və vəhşiliyi ilə ağılda qalır. Doğan, başqalarına xidmət edən və ölən canlılar olaraq həyatımız boyunca acı çəkir, çəkilən ağrılara tamaşaçı qalırıq. Yaxşı dincliyi necə tapacağıq belə bir mühitdə? ..

İnsanoğlu praktik zəkaya sahibdir. Problemlər çoxaldıqca əhəmiyyətsiz hesab eləməyə başladıq, yanımızda insanlar öldürülərkən əyləncəmizə davam etdik.küçələrdəki toyların ortasından cənazələr keçdi. İnsanlar aldadaraq, istismar edərək başqalarından istifadə etdikcə  biz də başqalarından istifadə etməyə başladıq

Dinlərimizə sarıldıq, çünki etdiyimiz pisliklərin üstünü örtəcək bir torpaq lazımdı idi. Altımıza lüks çipləri , əslində heç lazımi olmayan böyük evlər aldıq, halbuki atalarımız bizi bu günlərə köçəri çadırlarda qalaraq gətirmişdilər. Tək bir çadır insana bəs eliyərkən tripleks villalar aldıq. Bütün bunları edərkən bir tərəfdən dinimizdən olmayanları tənqid etdik, sözdə dinimizə sahib çıxdıq. Halbuki dünyadakı ən primitiv qəbilə dinindən ən çox üzvü olan dinə qədər heç birində özünüzü lüksə boğun deməz, tam əksinə din tamamilə materializm əleyhinədir. Maddəyə asılı olmayan bir həyat tərzini nəsihət edər, amma insanoğlu olaraq dinləri də gəlir vəsaiti etdik. Riyakarlığımızı onlarla örtbas etdik. Pul qazanmalıdır dedik, halbuki pul insanı maddəyə kölə etmək üçün xüsusi olaraq çıxarılmış bir vasitə idi. Əsl olan özümüzü unutduq.

Qısası insanoğlu dincliyi axtarmadı. Halbuki dinclik, onun üçün bir şey etmək lazım deyildi. Onsuz da doğulmadan əvvəl dinc idi. Həm də saf dinclik. Çünki hələ almadan yeməmişdik, heç idik, heçliyin məlumatından başqa məlumatı yox idi. Bir zamanlar yox idiniz, yox olduğunuz zamanları düşünün. Siz öldükdən sonrakı zamanları düşünün. Nə qədər dinc və yenə dinc olacağıq. Vergi ödəmək yox, bir neçə qəpik pul üçün başqasına qul olmaq yox, küçədə qalmaq yox, stress edəcəyin bir şeylər yox … Saf dinclik var …

Saf dinclik dünyada olmadığımız zamanlardır. Heç olduğumuz ya da hər şey olduğumuz zamanlar. Bir zamanlar heç idik, ya da hər şey. Çünki; Hər şey = Heç bir şey Bir “zamanlar” zaman da yox idi. Keçmişə kədərlənəcək, gələcəyə dərd etməyəcək bir zaman da yox idi. Çünki keçmiş də yox idi, gələcək də yox idi, bu an beyin hüceyrələriniz arasındakı sinapsislerinizdən keçən elektrik cərəyanı da yox idi, düşüncə yox idi, söz yox idi, yalnız qaranlıq var idi … hətta bəlkə o da yox idi, çünki rənglər də yox idi.

Yoxluğu düşünmək çoxu insana narahatlıq verir amma əksinə dincliyin ta özüdür. Əgər bir gün sizə ölməyimi istərdiniz yoxsa yox olmağımı deyə soruşsalar heç tərəddüd etmədən yoxluğu seçin. Çünki hər nə qədər cənnət və cəhənnəmdə də vergilər, hesab-kitab, əsəb, stress olmasa da, nəticədə əbədi həyata fikri bir az diksindiricidir … Cəhənnəmdə yanmaq, yalnız olarsız başqa işiniz olmaz. Cənnətə gününü gün etmək də hər hansı bir məsuliyyət olmadığı üçün dincdir. Lakin əbədi yanmaq ya da cənnətə yaşamaq darıxdırıcı olardı. Cənnəti də cəhənnəmə çevirə bilərdi. Necə ki bu gün çox yüksək rifah səviyyəsində olan İsveç və Norveçdə də  intihar cəhtləri olur. Çünki hər şeyə sahib olmaq = Bir həyata məqsədinə sahib olmamaqdır.

Bütün bu perspektivləri bizi gətirdiyi nöqtə heçliyin saf hüzurudur. İnsanoğlu ya mübarizə etmək istər bütün mazoşist, acı sevgisi ilə həyatda bir varlıq əldə etmək istər, bu varlığı əsnasında müvəffəqiyyətləri olar, ki müvəffəqiyyət əslində başqasının müvəffəqiyyətsizliyinin, yəni başqalarına acı çəkdirər, ya da mübarizəsində uğursuz olar və acı çəkər, yenə də əl çəkməz. Çünki acı, var olduğunu hiss etmək ən yaxşı yoludur. Canın acı çəkərsə, deməli varsan. Yaxşı insan niyə bu cür var olmaq istər? Niyə varlığı üçün Ailə, tanrısına şükürlər edər? Yox olmaq, heç var olmamış olmaq daha yaxşı deyilmi? Yoxsa insan dünyadakı bu acı çəkmə və acı çəkdirmə teatrını bəyənir?

Dünyanın vəhşiliyi bu günlərimizdə daha dərindən hiss olunan vaxt da, insan oğlunun varlığı üçün şükr etməsi, əslində insanın dincliyi axtarmadığını göstərir. Hüzur deyil axtardığımız, bir məqsəd. Terroristlər kitablara baxıb özlərinə bir məqsəd seçərlər, qatil dövlətlər öz kitablarına baxıb öz məqsədlərini yaradarlar. Biz xalq kütlələri bu mərhəmətsiz məqsədləri izlər və tökülən qanda boğularıq, amma yenə də varlığımıza şükür edirik. Yaxşı ki doğuldum deyərik, yaxşı ki doğulmuşuq …

Saf dinclik yoxluqdur, saf dinclik bu dünyada olmamalıdır, saf dinclik bu zamanın xaricinə çıxmaqdır, saf hüzuru zamandan azad olan yaşar, saf hüzuru yəqinki tanrı və mələkləri yaşar, saf dinclik hələ öz varlığını hiss etməmiş canlılar yaşayır. Çünki öz varlığını hiss etdiyi anda insan yaratma və yox etmə potensialına malikdir. Və dünya tarixi ikincisinin daha çox istifadə edildiyini göstərir …
Bu yazı əslində pessimist düşüncə tərzi deyil.Bir növ heçliyi anlaya bilməyimiz üçün, hüzura qovuşmaq ilahi bir bəxş olar. Bəzən yalnız xəyal qurmadan reallığa ən çılpaqlığıyla baxmaq lazımdır. Yalnız baxmaq bəzən hər şeyin görülməsi üçün yetər.

Yaradılış fəlsəfəsi (ruh əkizin)

Yaradılış fəlsəfəsi ilə maraqlanmaq, özünü axtarmaq, hər şeyin mütləq səbəbini axtarmaq, hər kəsin gördüyü bir iş deyil. Adi gündəlik həyatımızda bunları mühakimə etmirik. Bu məncə xəstəlikli ()! Bir insan qrupunun görəcəyi işdir. Mən özümü çox vaxt belə görürəm, anadangəlmə xəstəliyə tutulmuşam və müalicəsi yoxdur. Bu xəstəlik hər şeyi sorğulamaq və mövcudluğumuzun səbəbi və hədəfini daima maraqlı olmasıdır. Adi sağlam insanlar gündəlik həyatını yaşayır və həyat nə istəyirsə, ya da həyat onlar üçün cəmiyyət demək olduğu üçün cəmiyyət onlardan nə istəyirsə onu yerinə yetirməklə məşğul olurlar. İnsanlara maraqlı olan, sorğuladığı şeylər daha həyatın (cəmiyyətin) içində olanlardır, daha konkret mən və mənim kimi xəstə insan bu həyatla heç bir əlaqəsi yox imiş kimi görünən şeylərlə məşğul olurlar. Məsələn, zaman dayansa nə olacağını, var, yoxsa yoxdur olduğuna qərar belə verilməyən kiçik ölçülərdə maddənin davranışını və ya ölümdən sonra nə olacağını düşünərik. Bunlar həqiqətən də gündəlik həyatda heç bir işimizə yaramaz. Yenə də araşdırmağa davam edirik. Bu bloqu maraqla izləyirsizsə qorxuram, sizdə də bu xəstəlik var. Amma mahiyyətdə belə bir marağın, daha müqəddəs bir maraq (araşdırma) olduğuna inanırsınızsa, həftəlik şou proqramında kimin kimlə yatdığını narahat etməkdən, ya da içi boş seriallarda kim kimi aldatdığını narahat etməkdən daha ilahi bir maraq olduğuna inanırsınızsa düz yerdəsiz. Bundan başqa hər şeyin bir səbəbi olduğuna inanırsınızsa, içinizdən öz-özünə əmələ gələn bu bilmə istəyinin də bir səbəbi olduğunu bilirsiniz. Demək istədiyim bəlkə də o qədər işə yaramaz deyil, kim bilir istifadə etməyin bir yolunu taparıq bir gün.

Məhz bu hisslərlə və başımdakı bu fikirlə yazmağa başlamışdım. Yazmağa başlayandan bəri bu barədə bir informasiya çoxluğuna düşürəm. Sən demə, insan təkamülü haqqında onlarca film, serial, hazırlanıb, yüzlərlə kitab yazılıb və minlərlə tədqiqat aparılıb. Demək ki oxşar düşünən bir çox insan var.

Bir sual və bir cavab…

Biri mənə demişdi ki , ” zaman düz bir çevrədir ” . Etdiyimiz və edəcəyimiz hər şeyi təkrar edəcəyik , siz bunu oxuyursuz . Təkrar və təkrar. Sonsuza qədər .

Anlamağa çalışırsan

Yaşamağa çalışırsan.

Mahnılarda axtarırsan.

Əriyirsən axtardıqça.

Mənasızlıqda məna axtarırsan

Oxuyursan, dinləyirsən..yaxşı kimi? Kim sənə suallar verməyə məcbur edir və kim cavab verir ? Fəlsəfə müəllimin? Şəxsi inkişaf müşavirin? Yoga ekspertin? Bloqqerlər? Anan? Atan? Övladın? Düşmənin? Küçədən keçən adam?

Sənə kim cavab verir ki, sən yolda gedirsən? Hər gün yeni bir sən. Hər gün yeni suallar və cavabları

Cavablar hər yerdən gəlir. Çünki sən əslində tək bir şeyi oxuyursan, tək birinə qulaq asırsan. Anlamaqda olduğun tək bir şey var. Bircə suallar verir və yenə o bircə cavab verir.

Bir olan

Özünü bilmə yoludur bu yol. O səbəblə bütün suallar əslində tək bir sualdır: Mən kiməm? Cavablar hər an gəlir. Pəncərədən baxırsan, bir uşağın tullanan addımlarında taparsan cavabı. Dumanı burulan qəhvəyə baxarsan, havada, dumanda taparsan cavabı. Televiziyadakı bir siyasətçi cavab verir bəzən sənə, şou proqramlarındakı bəyənmədiyin insan cavab verər. Cavab hökmən bir alimdən gələcək deyil. Küçədə gedərkən tanıdığım biri gözlərindəki mənalı baxışı ilə cavab verər. Günün xaosu içində yanından keçib getdiyin biri birdən səni sənə başa salar, bir sözlə də olsa. Yağışlı havada kafedə iki qız dostun həyat dolu söhbəti sənə cavab verir bəzən

Düşmənin sənin o yekun suallarına cavab tapmaq üçün ən çox səy göstərənlərdən biridir. Ən zəhlən getdiyin, ən sevmədiyin o adam, qadın sənə cavablar tapmaq üçün çalışır gecə-gündüz. Sən kimsən? Mən kiməm? Daim mübahisə etdiyin atandır, sənin ustadın. Görmürsənki, sənə bir şeylər öyrədir?. Mənasızlıqda belə, boşluqda da özünü tapmağını təmin edir. Tənhalıq da öyrədilir, çünki tənhalıq da; Qazanılmalıdır.

Təbiət durmadan sənə cavablar göstərər. Bir gecəyə baxarsan və gözqamaşdırıcı işığında öz içindəki işığı görürsən. Qaranlıqlar içindən parıldayan o gizli işığı .Havadan asılı bir kürə kimi sənə, sənin də havadan asılı bir kürə üzərində oturan olduğunu xatırladır. Öz işığı olmayan, amma günəşi əks etdirən, mavi gözəlliklərlə əks etdirən bir güzgü. Çünki hamımız eyniyik. O səbəblə cavablar hər yerdən, hər kəsdən və hər şeydən gəlir.

Bəzən bir həyat qadını bir filosofdan daha dolğun cavablar verir o yekun sualına. Sən kimsən? Daxilən kimsən? O, hələ uşaq deyib hörmət eləmədiyin 6 yaşlı bir qız sənə səni izah edir, görmədiklərini göstərər bəzən.Mühakimələrin cavabları bilməyinə mane olar. Neçə illik dostun adi bir bazar günündə sənin şayiələrini danışarkən və sən də birdən qarşısında dayandığın an tərəddüd edər və sənə fərqli bir şey deyər. Anlayarsan, baxışları da dəyişir. Sənə səni izah edir. Sevgilin kədərlənir, sən kədərlənərsən, sənə səni izah edir çünki içindəki kədəri göstərir. Sən busan deyir. Bəzən coşarsan. Sevdiklərindən səni coşdurur, sevirsən, sev və gülümsəyən bir körpə də səni özündən xəbərsiz sevir.

sevgi frekansı

1410124059099_wps_2_X_ray_brain_connect

İnsan gözlədiyi qədər xoşbəxtdir. Heç kimdən bir şey gözləmə, al sənə sonsuz xoşbəxtlik … Robin Şarma

Yazıma bu sözlərnən başlamaq istədim.Doğurdan insanlıq budur? gözlədiyin qədərmi xoşbəxtsən?..Ya sadəcə sözdür?.Bu sözlərdə həqiqət payı var.Düşünürəm ki,sevdiyindən qarşılıq gözləməlisən.Ona görə yox ki,qarşılıq verməyəcəyindən qorxasan.

Bilirsiz?.Hər an,hər gözqırpma sizi həyatınızı qədər yolunu təsirləndirir.Bəzi insanlar var ki,onlar beyin frekanslarından dolayı bir ara gələ bilməzlər.Həyatın qanunu budur.Əgər həmin insanlar bir-biri ilə görüşərlərsə zaman anında hadisə olacağı mütləqdir.Yəni kainat bu insanların bir araya gəlməməsi üçün bir növ əlindən gələni edir.Təsəvvür eləyinki,bir çütlüyün görüşməsi kainat üçün nəqədər zərərlidir.Təsəvvür eliyənki,kainat nə əziyyət çəkir,təsəvvür eləyinki,insanlıq bu görüşmədən necə təsirlənir.Axı niyə yaşam fəlsəfəsi var?.Niyə sadə yaşamıyaq? Ola bilməzdi ki,Allah yaşam qanunlarının kodlarını belə sadələşdirsin?.Sizə cütlüklərin beyin frekanslarını tutuşmamasından və iki insanın görüş anında beyin titrəyişin əslində nələrə səbəb olacağıdan yazacam.Təsəvürünüzü zorladımsa,aydınlaşdırmağıda özümə borc bilirəm.Tezliklə yazının davamı olacaq…

Zövq alın!!!

Bəylər, “qadınlar nə istəyir?” sualının cavabın tapmışam. dedim sizinlə də bölüşüm. Bir xanım bu fikirləri statusunda yazıb, oxuyaq maariflənək))
“Sonu ayrılıq da olsa , evlilikde olsa esl sevginizi yaşayın. Yanlış da olsa , doğru da olsa bilin ki, eşqi doya-doya yaşadığınız bir şans size tanınıb.Qadınlar,yanında rahatca makiyajsız dolandığınız , delilikler etdiyiniz , arxayın serxoş olduğunuz , içib mahnılar oxuduğunuz , içden ve istediyiniz kimi qehqeheyle güldüyünüz , bir sözle yanında özünüz olduğunuz insan sizin esl sevginizdir ve siz de onun esl sevdiyi qadınsınız. Hem ata kimi dayaq, hem ana kimi destek , hem dost kimi kömek olan insandır esl sevginiz. Yaşayın , sizi olduğunuz kimi gebul eden insanı sevin. Sizi deyişmek istemeyen , sizi çerçivelere salmayan , namus penceresinde çiviletmeyen insanı sevin. Size ezab veren yox sizin her çetinliyinizde yanınızda olan , xestelenib elden düşende başınızda dayanan , bu aralar yaman kökelmişem dediyinizde sen her halınla gözelsen deyib ovunduran insanı sevin. Sizi her zaman baxımlı , geyimli-keçimli görmeyi teleb eden yox , daima tebiiliyinizi teleb eden , sizi artıq kilonuzla , makiyajsız halınızla , ağlayanda şişmiş gözleriniz ve qızarmış burnunuzla bele seven insanları sevin. Yanlış bele olsa , günah bele olsa , sonu ayrılıq-hüzün bele olsa yaşayın bu eşqi. Çünki bu heyatda yalnız bir kere yaşanır ve biz qadınlar bezen bunu bilmeden yanlış kişilerle evlenir ve onu heyatımızın kişisi elan edib , övlad dünyaya getiririk. Teki sevin. Sonrasını düşünersiz. Sevgi eqoist insanı xoşbext edir , onu ikinci bir insanı düşünmeye vadar edir , başqalarını düşünmeye yeri geldiyinde üzr istemeye , heyatın her anını planla idare ede bilmeyeceyine seni inandırır ve terbiyelendirir. Sevgi en gozel meditasiya növüdür. Bir az sancılı amma bütün ömrü boyu beyninin idaresini eline ala bildiyin bir meditasiya!” (c)