Zaman İlluziyası

Zaman hər yerdə eynidirmi?

Hazırda dünya saatına görə Amerikada saat neçədir, Yaponiyada saat neçədir tapa bilərsiz. Bəs Andromeda qalaksikasında bir ulduzda saat neçədir? Orada bizim bildiyimiz mənada keçər günlər, saatlar, zaman?

Soyuq bir planetdə təkamülləşmiş bir canlı növünün metabolizması da yavaş olacaq. Uzaq planetlərə də getməyə ehtiyac yoxdur əslində. Okean dərinliklərində əsrlərlə yaşayan qeyri-adi canlılar var. Bu canlılar o qədər ləng hərəkət edirlər ki baxılanda dayandığını güman edərsən. Amma onun üçün zaman bu şəkildə irəliləyir. Bəlkə də onun qol saatı bizimkindən min qat daha yavaş işləyir. Qol saatı xarab olduğu üçün deyil, metabolizması zaman hissini bu şəkildə yaratdığı üçündür.

Bəs vaxtın tez, ya da yavaş keçdiyini nəyə görə deyirik? Baş verən hadisələrə görə. Unudulmamalıdır ki zaman maddədən ayrı düşünülə bilməz. Daha doğrusu, zaman hərəkətlə birlikdədir. Nə qədər çox hərəkət, hadisə, yer dəyişdirmə olsa qəbul edilən zamanda o qədər dəyişmə olar. Bütün günü heç bir şey etmədən durmaqla bütün gün gəzmək arasında əyani bir zaman hissi fərqi var. Halbuki iki gündə də 24 saat keçmişdir. Yəni psixoloji bir təsiri də var zaman hissinin amma mən daha çox fiziki illüziyadan bəhs edəcəyəm.

Bizlər günəş sistemində sabit sürətlə dönürüük dünyalılar olaraq. Bunun birlikdə günəş sistemimiz də kompleks olaraq süd yolu qalaktikasının içində böyük bir sürətlə hərəkət edir. Bu sürətlərdə hərəkət edərkən bizim qəbul etdiyimiz zamanın sürəti yaranır. Əgər günəş sistemimizin sürəti ləngisə, bizim sürətimiz yavaşıyır, hətta dayanarsa, artıq gecə gündüz anlayışından tutmuş, zamanın sahəsilə bağlı hesablar tamamilə alt-üst olacaqdır. Bir təsəvvür edin ki, hər zaman qaranlıq, günəş doğmur, ya da üfüqdə sabit durur. Ən kiçik bir ölkə dəyişikliyində belə jetlag yaşayan bəşəriyyət belə bir təsir altında zaman anlayışını tamamilə itirəcək.

Sizə zamanın azalır deyirlər. Ya da vaxtını boşa xərcləmə, zaman dəyərlidi deyirlər. Həqiqətən,belə olduğunu sorğulamaq lazımdır.Sual verin-Zamanım boşaa gedirmi? Vaxtı kim qoydu ki, pul kimi onu da satmağa çalışırlar? Zaman anlayışını kim yaratdı? Vaxtın tükəndiyini kim deyib? Bəli, zaman da alınıb satıla biləcək haa gəldi gregorian təqviminin kəşfindən sonra. Bu an hiss etdiyiniz, təsvir etdiyiniz zaman sizə verilmiş süni bir zamandır. Hazırda 50 yaş bu sizə yaşlanmısınız düşünməyiniz üçün uydurulmuş bir zamandır. Əgər mən 1 ilin 10 illə üst-üstə düşdüyü yeni bir təqvim etsəm, siz 50 deyil 5 yaşında olacaqsınız. Yəni rəqəmlərin, vaxtı bölmənin bir mənası yoxdu. Zaman tükənən bir şey deyil.

Vaxtı düzgün qavramaq üçün öncə bu zamandan, bölünmüş kommersiya vaxtdan ayrılmağımız lazımdır. Sonra dünəni, bu günü və sabahı eyni anda cəhd edək.

Zaman İlluziyası” üzərinə 17 şərh

      1. Zamanın əslində necə olduğu ilə bağlı etdiyiniz açıqlama ilə tamamilə razıyam. Sadəcə “zaman tükənən bir şey deyil” cümləsi ilə razılaşa bilmədim. Düşünəndə isə əslində zaman yox, elə biz özümüz tükənirik. Zaman isə bizim yaratdığımız bir qavramdır. Yəni bəlkə də haqlısınız.

        tərəfindən bəyənildi 1 şəxs

      2. Belə bir teori var ki,yaşadıqlarımız bir növ kompyuter oyunudu.Yəni proqramistin “matrix” dünyasında yaşayırıq.Günəş əslində illuziyadı,yaxud insanlar proqramlaşdırılıb,binalar sunidi,həmçinin zaman yoxdu.Bu kimi qatışıq mövzuları yalnız “dejavu” çözülsə məlum olacaq.

        Bəyən

      3. Əslində bütün hadisələr eyni zamanda baş verir. Bunları nizamlayıb zaman halına salan beynimizdir. Yəni, il, ay, gün-bunlar zaman vahidləridir. Zaman vahidlərini saatlar, saatları isə biz yaradırıq. İnsan təxəyyülü saatların keçdiyini görür və insan beyni bu gördüklərini reallaşdırmaq üçün bacardığı qədər zəif işləyir. Nəticədə isə bəlkə də əslində bir neçə saniyə bizə illər kimi görünür. Yazdıqlarınız da bu dediklərimi təsdiqləyir əslində

        tərəfindən bəyənildi 1 şəxs

      4. Əlbəttə razıyam,ölümsüzlüyə qalanda isə,insan işıq sürətini aşdığı halda ölümsüzləşir,materyadan çıxıb enerji halına dönüşür.Bu isə mənim araşdırmama görə mümkündü,cəsarət edib deyərdim ki,hər insan əslində ölümsüzdü,bunu anlamaq o qədərdə çətin deyil,kuantum fizikası bunu göstərir

        tərəfindən bəyənildi 1 şəxs

      5. Hal-hazırda araşdırma və öyrənmə prossesində olduğum üçün nəsə paylaşmağı düşünmürəm. Bəzi şeyləri dərindən araşdırıb dəqiqləşdirdikdən sonra əlbəttə nəsə paylaşmaq istəyərəm.

        Bəyən

      6. Bəli, razıyam sizinlə. Yeni nəsə öyrənmək, araşdırmaq üçün düşünəbilən biriylə dialoq aparmaq lazımdır. Əks halda sizin də dediyiniz kimi anlaşmazlıqlar yaranır. Mənə də sizinlə dialoq xoş idi, təşəkkürlər.

        tərəfindən bəyənildi 1 şəxs

Bir şərh yazın