Qədəri dəyişmək

Suyun içində bir balıq olsaydınız və bir isti su axıntısına başınız qarışsaydı və axıntının sizi okeanın dibində sürüdüyünü hiss etsəydiniz, özünüzü axıntıya buraxardız yoxsa axıntının qaynağına doğru tərsinə  üzməyə çalışardız?.

Bu yazımızda qədər üzərinə sorğulamalarımıza və yeni baxış açılarına doğru qucaq ataraq bu sualla başlayırıq. Şübhəsiz bu suala cavabımız ən azından bu yazı boyunca axıntının tərsinə, qaynağa doğru üzmək olacaq. Yolun sonuna deyil, yolun zövqünə çatmağa çalışırıq yalnız …

Şəxsi olaraq ən böyük üstünlüklərimizdən biridir bu əsasən. Həyatı axışına buraxmaləyam yoxsa istədiyim şeyləri yaşamaq, ?… Təbii qədər deyə bir şey varsa ya da istədiyimiz şeyləri həqiqətən BİZ istəyiriksə …. Həqiqətən çox qarşaqarışıqdı hər şey gördüyünüz kimi. Bu sorğulamalar bizi o qorxunc təməl sualı yada salır: “Azad iradə var? …”  bu açar suala girməyib daha fərqli bir dünyagörüşü təqdim edəcəyəm.

Müzakirələrim də  çox gözəl insanlarla xüsusi danışmalar olur və hələ də  davam edir bu gözəl fikir alış-verişi. bir-birindən xəbərsiz fərqli insanla etdiyim danışıqlar nəticəsində vardığım / vardığımız ortaq bir nöqtəsi var bu mövzu üzərinə. Ehtimalla onlar da bir-birindən xəbərsiz eyni mövzuları araşdırğımız insanlar olacaq. İşin maraqlı yanı isə bu eyni mövzunu yəni insan həyatı necə yaşamalı mövzusunu ümumiyyətlə özlərinin açmış olması idi. Yəni hər kəs eyni anda xəbərsizcə tək bir mövzuya yönəldilməsindən olaraq kainatın öz sualını öz-özünə cavablamasına bənzəyir.  Uzatmıyım sual bu idi:

İnsan öz həyatını nizamlamalıdır?, istəklərini reallaşdırmaq üçün həyatı məcbur etməlidir yoxsa özünü yaxşı ya da pis axışa saxlamalıdır?

Qısacası insan öz taleyini özü yazmalı yoxsa özünü qədərin əllərinə buraxmalıdır?

Çox dərin bir sualdır, bəli, çünki həyatı necə yaşamamız lazım olduğuna dair ən əsas sualdı bu. Bir tanışdan belə bir cavab gəldi: “Biz onsuz da ürəyimizin istədiyi şeyləri edirik ,amma bəzi şeyləri ürəyimiz istəsə də edə bilmirik. Xarakterimiz əl vermir. O halda azad iradə yoxdur və sərhədlərimiz onsuz da təyin olunmuşdur … O zaman özümüzü qədərə buraxıb ürəyimiz nə istəsə onu edə bilərik …

Burada incə bir nüans var. Deyək ki bir işə girməyi çox istəyirsiniz. Bunun üçün sertifikatlar alırsınız, bu sahədə özünüzü inkişaf etdirir və çalışırsınız. Qədərçilik anlayışına görə qədərinizdən o işə girmək yoxsa nə etsəniz edin, o işdə dünyanın bir nömrəli adı belə olsanız o işə girə bilməzsiniz. Qədəri tamamilə heçə sayan anlayışda isə o işə girmək tamamilə sizin əlinizdədir. Əgər girə bilmədinizsə kifayət qədər əziyət çəkməmisiniz, kifayət qədər istəməmisiz deməkdir. Bəhs etdiyimiz anlayışda isə o işə girib girməmək sizin bu həyatdan əldə edəcəyiniz təcrübələr istiqamətində bir plan daxilində ola bilər …. Bəli incə nünas da budur, “ola bilər” sözü …. Eynilə atomun kvant  quruluşu kimi …. Həm var, həm yox …. Ola bilər də, olmaya bilər də … Kvant  ehtimallar kainatıdır.  Bəzən istədiyiniz şeylər üçün heç bir səy göstərməyinizə baxmayaraq ayağınıza gəldiyi olur … Bəzən də çox əziyət çəkdiyinizə baxmayaraq o iş reallaşmaya bilər. Bunun səbəbi bu anlayışda ehtimal kainatındakı sizin mövzumuzla əlaqədardır. Özünüzü tamamilə axışa buraxa bilər və acı şirin təcrübələr yaşayaraq öyrənməniz lazım olan şeyləri öyrənib bu dünyadan gedə bilərsiz. Digər tərəfdən istəyə bağlı  olaraq yaşayacağınız təcrübələri seçmə haqqınız var ola bilər. Mən acı yaşamağa istəyirəm. Bunu acı bibər yeyərək də yoxlaya bilərəm,  acı sous yeyərək də. Form fərqli olsa da öz eyni ola bilər.

Kasıb insanlar da zəngin insanlar da böyük ağrılar və böyük xoşbəxtliklər yaşayır … Siz kasıb bir ailədə doğulmuş ola bilərsiniz lakin yoxsulluğun verdiyi maddi ağrıların yerinə sonradan zənginləşərək zənginlik içində yaşayarkən yaşanan maddi çətinlikləri yoxlaya bilərsiz. Mütləq ağrını yaşamağ lazımdır deyə soruşa bilərsniz, bu nöqtədə sonra  sonrakı levele geçdiyinizi düşünürəm şəxsi olaraq.

Bir anektod var, çox xoşlayıram: Bir adam bir müdrikin kürəyinə dayandığı yerdə vurub qaçar. Bunu bir neçə gün üst -üstə edər. müdrikin şagirdi müdrikdən soruşar, niyə ona mane olmursuz, bir şey demirsiz? Müdrik cavab verir: Mənim problemim deyil …

Həyatdakı ağrılar və xoşbəxtliklər da belə olmalıdır … Yaşadığımız təcrübələr çox da bizim problemimiz deyil … Yaxşı əsl mən kimdir?  bu sual həyatın ən böyük sirrlərindən biridir və şəxsi axtarışım da bu istiqamətdədir. Düşünürəm ki,xoşbəxt olmaq, ya həyatın acılarından qorxmaq kimi şeyləri düşünmədən yaşaya bilsək, özü özlüyündə xoşbəxt olmaq deməkdir. Artıq axıntının tərsinə üzmüş və onsuz da dönüb gəzib gedəcəyimiz axıntının qaynağına qısa yoldan çatmış olacağıq.Bir müddət sonra yaxın bir zamanda başınıza çox pis bir şey gələcəyini bilərsiz, bəlkə yoldaşınız ananız atanız bilməməsi lazım olan bir şeyi öyrənəcək və həyatınız kökdən dəyişəcək. Durmadan bunun stressi ilə yaşayırsınız. Yaxşı  bilsə belə bu vecinizə olmayacaq şəkildə baxış bucağınızı dəyişdirə və başınızda qurduğunuz fəlakət ssenariləri reallaşsa belə bunun sizin üçün çox da əhəmiyyətli ola bilməyəcəyini özünüzə inandıra bilsəydiz,  düşəcəyiniz pis vəziyətdə özünüzü bir növ soyuqqanlı (sanki əvvəldən belə olacağını bilirmiş kimi) davransaz həyatı yaşamaq zülmdən çıxıb, xoşbəxtliyə dönər ,

Yuxarıdakı suallara sizin də cavablarınızı gözləyirik … Kim bilir bəlkə yeni cavablar deyil, bizi daha da irəli daşıyacaq yeni suallar kəşf edərsiz. Yalnız cavablarınızı deyil suallarınızı da yazmaqdan çəkinməyin.

Qədəri dəyişmək” üzərinə 16 şərh

  1. Sualların cavabı var. Qədər deyilən şey mövcuddur və həyatımızda olanlar, yaşadıqlarımız qədərdir. Lakin bu ‘insanın hadisələrin gedişatına təsir edə biləcək iradəsi yoxdur’ demək də deyil qətiyyən. Qəliz kimi görünsə də əslində çox sadədir. Elə kvant fizikasında zaman anlayışı ilə bunu izah etmək olar. Biz zaman anlayışını sadəcə ‘keçmiş, indiki, gələcək’dən ibarət bilsək də əslində eyni xətt üzrə inkişaf edir. Qüdrətli bir Yaradıcının da olduğunu bildiyimizə görə Onun qatında da zamanın bizim bildiyimiz kimi olmadığını da anlaya bilərik. Yəni Allah keçmişi də indini də gələcəyi də eyni anda bilir, qədərimizin necə olduğunu bilir. Lakin biz hal-hazırda sadəcə indini bilirik və öz iradəmizdən asılı qərarları verməkdə də sərbəstik. İndi qəbul etdiyimiz qərarlar da gələcəyimizdir.

    tərəfindən bəyənildi 1 şəxs

    1. Əlbəttə seçim zəncirindən gələcəyimiz yaranır.İnsanlıq bu həyatı neçə dəfə yaşadı və yaşıyır.Çünki zaman düz bir çevrə kimi axır , bu da hadisələrin təkrarına gətirib çıxarır.İnsanlar heç nəyi dəyişə bilmir deyə,bu zəhlətökən sonsuz həyat yaşıyır.Razıyam insan iradəsi yaxud ixtiyarı bunu dəyişməyə qadirdir.

      Bəyən

      1. “Coherence” filmini yəqin ki izləmisiniz. Hadisələrin təkrarlanması və paralel evrenlerle bağlı yazdıqlarınız eynən filmdəki kimidir. Əslində zamanın eyni xətt üzrə inkişafı ilə yazdıqlarınızla razıyam amma hadisələrin təkrarlanması adi halda mümkün deyil. Nəsə fövqəltəbii bir şey olmaldır ki, yaşananlar təkrarlansın. Məsələn filmdə bu period quyruqlu ulduzun yer kürəsinə yaxın bir yerdən keçməsi ilə izah olunur. Yəni təkrarın səbəbi bu olur.

        tərəfindən bəyənildi 1 şəxs

      2. Bəli izləmişəm,nəzəriyyəmə isə sadəcə inanıram,sübutu indiki halda mümkünsüzdü.Mənim dediyim,paralel kainata əlaqəsi yoxdu,sadəcə buna inanıram ki,yaşadığımız həyat qədər üzərində qurulub və bizim üçün çizilmiş yoldan ixtiyari yaxud qeyri ixtiyari dönsək,bu bizim üçün ya kainatın nizamına uyğun gəlmədiyinə geri ,yəni başlanğıc nöqtəsinə göndərilirik.Təbii yaddaşımız silinir.Sözümə dəstək olar bəzi filmləri nümunə olaraq yazım.”Edge of tommorow”,”vantage point”,”dejavu” siyahını artırmaq olar.İndiki halda yalnız filmləri təqdim edə bilərəm.

        Bəyən

      3. Dediyiniz nəzəriyyə ilə bağlı oxumuşam, gerçəkliyi sübut olunub mu bilmirəm. Fizika ilə bağlı təhsil alırsınız yoxsa sadəcə maraqlandığınız üçün araşdırırsınız?

        Bəyən

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma