“Keçmiş”

Bir otaq var . Kiçik bir uşaq əlində şamla o otağa girir .
Otaqdakı adam şamı nəzərdə tutaraq soruşur ;
De mənə haradan gəlir bu işıq ?
Və uşaq şama üfləyib cavab verir ;
Sən mənə işığın hara getdiyin desən, mən də sənə haradan gəldiyini deyərəm.

Bir zamanlar uşaq idik …

Bir zamanlar maraqlı gözlərlə ətrafına baxan bir körpəydik.

Hətta bir zamanlar yox idik…

Yox olduğunuz zamanları düşünmək necə bir duyğudur? Bunu həqiqətən düşünüb yoxluğunuzu hiss edə bilərsiz? Bədəniniz yox, hərəkətləriniz yox, düşüncələriniz yoxdur. Siz yoxkən ana atanız nələr edirdi? Siz yoxkən qardaşınız kiminlə oynayırdı? Siz yoxkən dünyada nələr olurdu? …

Sizi meydana gətirən o ilk iki hüceyrə haradan gəldilər siz yoxkən? Sperma hüceyrəsi özünü meydana gətirərkən enerjisini hansı qidanı yandıraraq aldı? Yumurta hüceyrəsi hansı yollardan keçdi? … Bir zamanlar siz olan o hüceyrələr. Keçmişdə nə idi? …

Yoxluğu düşünmək zehnin sərhədlərində gəzmək deməkdir. Zehində yaratdığı təsir maraqlıdır ki sonsuzluğu düşünməklə eynidir. Bütün bu ağılı başından alan anlayışlara zamansızlığı da əlavə edə bilərik eyni kateqoriyadan. Çünki yoxluğumuzu düşünəmədiyimiz kimi vaxtsız bir anımızı da düşünə bilmərik.

Bəzən də unuduruq. Bir şeyləri, bəzilərini. Unutduğunu xatırlayınca fərqinə varar insan. Bu an kim bilir nə qədər çox unutduğunuz bir şey var. Fərqində deyilsiniz. Xatırlamanız lazım anlayacaqsınız unuttuğunuzu və belə deyəcəksiniz: “Ağlımdan uçub gedibmiş, işə bax sən.” Haradadır o unutduğunuz məlumatlar bu an? Unutmusunuzsa hələ də varlar? İlk uşaqlıq sevginizlə əl ələ tutuşmanızın xatirəsi bu an zehnindədis həqiqətən var mı? Varsa mən də görə bilərəmmi? Görə bilməyəcəksəmsə yalnız mənə deyəcək qədər sözdən ibarət deyilmi keçmiş? Amma ordadı zehninizdə, sevdiyinizin əlini ilk tutuşunuz zehininizdə, gözlərinizi bağladığınızda görə bilirsiniz bir az qaranlıq da olsa. Mən də görə bilərəm? … Yaxşı ölən insanların xatirələri haradadır bu an? Rəhmətlik babanızın uşaqlığında evdə tək başına, kimsə görmədən etdiyi, kimsəyə də söyləmədiyi bir dəcəllik həqiqətən oldumu? Harada indi o anı? Kimsə bilmirdi, babnız da torpaq oldu …

Hər şeyin enerjinin müxtəlif formaları olduğu artıq danılmaz bir reallıqdır. Biz insanoğlu suyun içərisindəki buz kütləsi kimiyik. Su da buz da eyni maddədəndir, yalnız şəkilləri dəyişikdir. Qatı bir atomdan səyyal (elektrik digər adı) dediyimiz enerji çıxıb evlərimizə elektrik olaraq gəlib evimizi işıqlandırırss (nüvə enerji) o zaman heç bir şey də yox olmur, forma dəyişdirir. Babamızın uşaqlıq sirri bu an havada,  su oldu okeana düşdü.

varlıq yox olmur, forma dəyişdirir, forma dəyişdirdib bu hala gəldik? .. Deyirlər ki heç bir şey yox olmaz, heç bir şey də yoxdan var olmaz. Sonsuz bir dövr və çevrilmənin içində olma fikri həm xaotik həm də çox bədiidir. Bu dövr içərisində keçmiş ya xatırladığımız ya da unutduğumuz bir şey olaraq arxamızda dayanır. Xatırlaya bildiklərimiz zehinimizdə, biz ölüncə “yox” olan, unutduğlarımız isə biz daha həyatdaykən “yox” oaln şeylər (əslində yox olmurlar orası ayrı mövzu). Bu baxımdan keçmişi xatırladığımız +  xatırlamadığımız olaraq analiz edə bilərik. Yaxşı biz yoxkən əgər əslində yox deyil də başqa bir formada isə o zamanki keçmişimiz yəni bizdən əvvəlki keçmişimiz də əslində unudulan bir şey olmur ?

Zamanın özü deyil də daha çox qəbulu üzərinə yazdığım bu yazı sonrası sizləri keçmişinizdən düşünməyə dəvət edirəm. Çünki bu yazı davamı ilə birlikdə keçmiş deyə bir şey olmadığına dair ağılın sərhədlərini məcbur edəcək bir səfərə çıxacağıq. Bu məzmunda bilərək etdiyiniz və bilmədən etdiyiniz şeyləri də düşünün, çünki bir sonrakı yazımız bununla əlaqədar olacaq. Keçmişdə bir şey etdiniz amma niyə etdiyinizi bilmirsiniz …?

“Keçmiş”” üzərinə 6 şərh

  1. İnsan gələcəyə keçmişin çiyinlərində gedər deyə bir misal var. Biz nə qədər iti addımlarla gələcəyə doğru can atsaq da, keçmiş arxadan möhkəm əllə bizdən yapışıb qalacaq. Gələcəyin hansı bucağında keçmişdən gizlənməyə çalışsaq da mümkünü olmayacaq. İstər etdiklərimiz, istər etmədiklərimiz olsun, keçmişdən gələcəyə ötürüləcək. Ya təəssüf kimi, ya da məmnunluq olaraq.
    Məncə atılacaq hər addım üçün gözün ayağının altına baxmalı, fikrində isə keçmiş təzələnməlidir. Bəlkə nə vaxtsa bu addımı atıb da yanlış yola girmisən deyə…
    Axşamınız xeyir olsun, güman edirəm fikrimi çatdıra bildim))

    tərəfindən bəyənildi 1 şəxs

Bir şərh yazın