Yaradılış fəlsəfəsi (ruh əkizin)

Yaradılış fəlsəfəsi ilə maraqlanmaq, özünü axtarmaq, hər şeyin mütləq səbəbini axtarmaq, hər kəsin gördüyü bir iş deyil. Adi gündəlik həyatımızda bunları mühakimə etmirik. Bu məncə xəstəlikli ()! Bir insan qrupunun görəcəyi işdir. Mən özümü çox vaxt belə görürəm, anadangəlmə xəstəliyə tutulmuşam və müalicəsi yoxdur. Bu xəstəlik hər şeyi sorğulamaq və mövcudluğumuzun səbəbi və hədəfini daima maraqlı olmasıdır. Adi sağlam insanlar gündəlik həyatını yaşayır və həyat nə istəyirsə, ya da həyat onlar üçün cəmiyyət demək olduğu üçün cəmiyyət onlardan nə istəyirsə onu yerinə yetirməklə məşğul olurlar. İnsanlara maraqlı olan, sorğuladığı şeylər daha həyatın (cəmiyyətin) içində olanlardır, daha konkret mən və mənim kimi xəstə insan bu həyatla heç bir əlaqəsi yox imiş kimi görünən şeylərlə məşğul olurlar. Məsələn, zaman dayansa nə olacağını, var, yoxsa yoxdur olduğuna qərar belə verilməyən kiçik ölçülərdə maddənin davranışını və ya ölümdən sonra nə olacağını düşünərik. Bunlar həqiqətən də gündəlik həyatda heç bir işimizə yaramaz. Yenə də araşdırmağa davam edirik. Bu bloqu maraqla izləyirsizsə qorxuram, sizdə də bu xəstəlik var. Amma mahiyyətdə belə bir marağın, daha müqəddəs bir maraq (araşdırma) olduğuna inanırsınızsa, həftəlik şou proqramında kimin kimlə yatdığını narahat etməkdən, ya da içi boş seriallarda kim kimi aldatdığını narahat etməkdən daha ilahi bir maraq olduğuna inanırsınızsa düz yerdəsiz. Bundan başqa hər şeyin bir səbəbi olduğuna inanırsınızsa, içinizdən öz-özünə əmələ gələn bu bilmə istəyinin də bir səbəbi olduğunu bilirsiniz. Demək istədiyim bəlkə də o qədər işə yaramaz deyil, kim bilir istifadə etməyin bir yolunu taparıq bir gün.

Məhz bu hisslərlə və başımdakı bu fikirlə yazmağa başlamışdım. Yazmağa başlayandan bəri bu barədə bir informasiya çoxluğuna düşürəm. Sən demə, insan təkamülü haqqında onlarca film, serial, hazırlanıb, yüzlərlə kitab yazılıb və minlərlə tədqiqat aparılıb. Demək ki oxşar düşünən bir çox insan var.

Yaradılış fəlsəfəsi (ruh əkizin)” üzərinə 2 şərh

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma