Bir sual və bir cavab…

Biri mənə demişdi ki , ” zaman düz bir çevrədir ” . Etdiyimiz və edəcəyimiz hər şeyi təkrar edəcəyik , siz bunu oxuyursuz . Təkrar və təkrar. Sonsuza qədər .

Anlamağa çalışırsan

Yaşamağa çalışırsan.

Mahnılarda axtarırsan.

Əriyirsən axtardıqça.

Mənasızlıqda məna axtarırsan

Oxuyursan, dinləyirsən..yaxşı kimi? Kim sənə suallar verməyə məcbur edir və kim cavab verir ? Fəlsəfə müəllimin? Şəxsi inkişaf müşavirin? Yoga ekspertin? Bloqqerlər? Anan? Atan? Övladın? Düşmənin? Küçədən keçən adam?

Sənə kim cavab verir ki, sən yolda gedirsən? Hər gün yeni bir sən. Hər gün yeni suallar və cavabları

Cavablar hər yerdən gəlir. Çünki sən əslində tək bir şeyi oxuyursan, tək birinə qulaq asırsan. Anlamaqda olduğun tək bir şey var. Bircə suallar verir və yenə o bircə cavab verir.

Bir olan

Özünü bilmə yoludur bu yol. O səbəblə bütün suallar əslində tək bir sualdır: Mən kiməm? Cavablar hər an gəlir. Pəncərədən baxırsan, bir uşağın tullanan addımlarında taparsan cavabı. Dumanı burulan qəhvəyə baxarsan, havada, dumanda taparsan cavabı. Televiziyadakı bir siyasətçi cavab verir bəzən sənə, şou proqramlarındakı bəyənmədiyin insan cavab verər. Cavab hökmən bir alimdən gələcək deyil. Küçədə gedərkən tanıdığım biri gözlərindəki mənalı baxışı ilə cavab verər. Günün xaosu içində yanından keçib getdiyin biri birdən səni sənə başa salar, bir sözlə də olsa. Yağışlı havada kafedə iki qız dostun həyat dolu söhbəti sənə cavab verir bəzən

Düşmənin sənin o yekun suallarına cavab tapmaq üçün ən çox səy göstərənlərdən biridir. Ən zəhlən getdiyin, ən sevmədiyin o adam, qadın sənə cavablar tapmaq üçün çalışır gecə-gündüz. Sən kimsən? Mən kiməm? Daim mübahisə etdiyin atandır, sənin ustadın. Görmürsənki, sənə bir şeylər öyrədir?. Mənasızlıqda belə, boşluqda da özünü tapmağını təmin edir. Tənhalıq da öyrədilir, çünki tənhalıq da; Qazanılmalıdır.

Təbiət durmadan sənə cavablar göstərər. Bir gecəyə baxarsan və gözqamaşdırıcı işığında öz içindəki işığı görürsən. Qaranlıqlar içindən parıldayan o gizli işığı .Havadan asılı bir kürə kimi sənə, sənin də havadan asılı bir kürə üzərində oturan olduğunu xatırladır. Öz işığı olmayan, amma günəşi əks etdirən, mavi gözəlliklərlə əks etdirən bir güzgü. Çünki hamımız eyniyik. O səbəblə cavablar hər yerdən, hər kəsdən və hər şeydən gəlir.

Bəzən bir həyat qadını bir filosofdan daha dolğun cavablar verir o yekun sualına. Sən kimsən? Daxilən kimsən? O, hələ uşaq deyib hörmət eləmədiyin 6 yaşlı bir qız sənə səni izah edir, görmədiklərini göstərər bəzən.Mühakimələrin cavabları bilməyinə mane olar. Neçə illik dostun adi bir bazar günündə sənin şayiələrini danışarkən və sən də birdən qarşısında dayandığın an tərəddüd edər və sənə fərqli bir şey deyər. Anlayarsan, baxışları da dəyişir. Sənə səni izah edir. Sevgilin kədərlənir, sən kədərlənərsən, sənə səni izah edir çünki içindəki kədəri göstərir. Sən busan deyir. Bəzən coşarsan. Sevdiklərindən səni coşdurur, sevirsən, sev və gülümsəyən bir körpə də səni özündən xəbərsiz sevir.

Bir sual və bir cavab…” üzərinə bir şərh

Bir cavab yazın

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma